DataLife Engine > Siyasət, MANŞET > Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar

Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar


17-12-2019, 10:15. Yerləşdirdi: Tural Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar
Millət vəkili və Xalq artisti Zeynəb Xanlarova Amerikada öz adına xeyriyyə fondu yaradıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb. O bildirib ki, Z.Xanlarova 2012-ci ildə ABŞ-a köçüb:

“O, hələ 7 il əvvəl Amerikada “Zeynab Khanlarova Foundation”u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur. 2013-cü ildə Bruklində, “Sheepshead Bay Rd 1629” ünvanında tikdirdiyi 3 mərtəbəli binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 232.2 kvadratmetr sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni, aylıq icarəsi 10 min dollardır. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir”.

Qeyd edək ki, parlament buraxılandan və növbədənkənar seçkilər təyin ediləndən sonra Z.Xanlarovanın yenidən namizəd olub-olmayacağı ilə bağlı suala onun köməkçisi Mələk Bayramova “Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir” deyə cavab vermişdi.

Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar
Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar
Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar
Zeynəb Xanlarova Amerikada öz adına fond açıb - Fotolar
Geri qayıt