DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > “Gözümüzün qarşısında günahsız insanlar ölür”

“Gözümüzün qarşısında günahsız insanlar ölür”


16-12-2019, 17:35. Yerləşdirdi: Tural “Gözümüzün qarşısında günahsız insanlar ölür”
“Gözümüzün qarşısında günahsız insanlar ölür”.

Xalqinfo”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov Azərbaycan Radiosunun "Təhlükəsiz yol" proqramında deyib.

O bildirib ki, Yol hərəkəti təhlükəsizliyi dövlət rəhbərliyinin, nazirlik rəhbərliyinin daimi diqqətindədir və narahat edir: “Bu qəzalarda insan ölümləri bizi təəssüfləndirir. Bu gün həyatı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Bir insan həyatını avtomobil yolunda itirir. Hadisələrin təhlili onu göstərir ki, qəzalar bir çox insanların diqqətsizliyi və səhlənkarlığı ucbatından baş verir. Maarifləndirmə işləri aparmalıyıq ki, günahsız yerə insanlar ölməsin. Amma tək pis hadisələrə köklənməməli, bu sahədəki müsbət işləri də görmək lazımdır”.
Geri qayıt