DataLife Engine > Siyasət > ABŞ Senatı qondarma erməni soyqırımı qətnaməsini qəbul etdi

ABŞ Senatı qondarma erməni soyqırımı qətnaməsini qəbul etdi


13-12-2019, 11:52. Yerləşdirdi: Tural ABŞ Senatı qondarma erməni soyqırımı qətnaməsini qəbul etdi
Ötən gün ABŞ Senatında keçirilən səsvermə nəticəsində 1915-ci il hadisələrini soyqırım kimi tanıyan qətnamə yekdilliklə qəbul edilib.

Xalqinfo”nun “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə senator Rob Menendez sosial şəbəkədə məlumat yayıb.

Qətnamə imzalanması üçün ABŞ Prezidenti Donald Trampın masasına göndərilib.

Rəsmi Ankara aşağı palatanın qərarının türk xalqı üçün faydasız və həddən artıq təhqiredici olduğunu bildirib. Türkiyə Xarici İşlər Nazirliyinin qətnamə ilə bağlı açıqlamasında bu qərar “tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici nümunəsi” kimi adlandırılıb:

“ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarın heç bir hüquqi və tarixi əsası yoxdur. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər hədəflərinə əsla çatmayacaqlar. Bu qərar eyni zamanda ABŞ-Türkiyə münasibətlərininin inkişafı cəhdlərini uğursuzluğa uğratmağı hədəf götürən təxribatçı təşəbbüsdür”.
Geri qayıt