DataLife Engine > Siyasət > Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb


12-12-2019, 14:08. Yerləşdirdi: Tural Elmar Məmmədyarov latviyalı həmkarı ilə görüşüb
Xalqinfo.az xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Latviya-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, əlaqələrin gələcək inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və Latviya Milli Kitabxanasına baş çəkib.

E. Məmmədyarov Riqada “Azadlıq” heykəlini də ziyarət edib.

Qeyd edək ki, E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.
Geri qayıt