DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > “Milli Şura zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmir” - Siyavuş Novruzov

“Milli Şura zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmir” - Siyavuş Novruzov


12-12-2019, 13:35. Yerləşdirdi: Tural “Milli Şura zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmir” - Siyavuş Novruzov
"Azərbaycanda 50-dən artıq siyasi partiya var və bu partiyalardan 40-dan çoxu parlament seçkilərində iştirak edəcək".

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibinin müavini Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri var: “Bu insanlar da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər, xüsusən gənclər, o cümlədən xaricdə təhsil alıb gəlmiş gənclər böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək istəyən çox insan var. Bir yanlış informasiyanı cəmiyyətə sırımaq istəyirlər ki, guya Milli Şura seçkidə iştirak etməsə, bu seçki qeyri-demokratik olacaq və s. Dünyanın heç bir yerində, heç bir beynəlxalq hüquq normasında, Azərbaycan Respublikasının Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi, hansı təşkilat iştirak etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də iştirak edib-etməmək hər kəsin öz hüququdur”.

YAP funksioneri qeyd edib ki, Milli Şuranın qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var: “Milli Şura getsin, Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub insanlara düzgün təqdim etmirlər. İnsanları aldatmağa çalışırlar və seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Bunların sosial bazası, elektoratı yoxdur, bilirlər ki, seçilməyəcəklər. Çünki xalq bunlara etimad göstərməyəcək və bunların irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan da seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər”.
Geri qayıt