DataLife Engine > Siyasət, MANŞET > Yevda Abramovun dəfn mərasimi niyə gecikir?

Yevda Abramovun dəfn mərasimi niyə gecikir?


7-12-2019, 11:29. Yerləşdirdi: Tural Yevda Abramovun dəfn mərasimi niyə gecikir?
Xəbər verdiyimiz kimi, ötən gecə yəhudi əsilli deputat Yevda Abramov dünyasını dəyişib.

Xalqinfo.az xəbər verir ki, Y. Abramov onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə uzun müddət İsraildə müalicə alıb. Dünən axşam saatlarında isə, müalicəsinin davam etdiyi Mərkəzi Klinikada vəfat edib.

Deputatın bu gün torpağa tapşırılması gözlənilsə də, bu, baş verməyib. Çünki yəhudi inanclara görə, şənbə günü müqəddəs hesab edilir və bu gün bənzər işlər görülmür.

Milli Məclisin deputatı Vahid Əhmədov da “Qafqazinfo”ya bildirib ki, mərhumun dəfni məhz bu səbəbə görə gecikir: “6-cı gün onlarda müqəddəs hesab edildiyinə görə deputatla vida mərasimi və dəfn günü bazar günü baş tutacaq”.

Mərhum deputatın qızı Fərəh Yusifova da “Report”a açıqlamasında faktı təsdiqləyib.

Qeyd edək ki, Şabat günü adlandırılan 6- cı gün yəhudilərin inancına əsasən, istirahət günü hesab edilir. Belə ki, yəhudi inancına görə, dünyanın yaradılışının başlanğıcında Tanrı kainatı 6 gün yaradıb və 7-ci gün isə istirahət edib. Ona görə də, yəhudilər Tanrının bu günü onlara ərmağanı kimi qəbul edirlər.

Xatırladaq ki, mərhumla vida mərasimi sabah Quba Mədəniyyət evində saat 12-də keçiriləcək, 1-də isə o, Qırmızı qəsəbədə torpağa tapşırılacaq.
Geri qayıt