DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > MSK növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirir - Yenilənib

MSK növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirir - Yenilənib


7-12-2019, 15:09. Yerləşdirdi: Tural MSK növbədənkənar parlament seçkiləri ilə bağlı iclas keçirir - Yenilənib




Mərkəzi Seçki Komissiyasının (MSK) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı iclası olub.

"Xalqinfo" xəbər verir ki, iclasın gündəliyində MSK tərəfindən Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planının təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən ( hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupunun yaradılması, bəzi normativ xarakterli aktlarda dəyişikliklər edilməsi məsələləri qoyulub.



İclasın sonunda MSK sədri KİV nümayəndələrinə müraciət edib. O, bu prosesdə mətbuat nümayəndələrini diqqətli olmağa çağırıb:

"MSK hər xırda məsələyə ciddi yanaşmalıdır. Mətbuat nümayəndələri cəmiyyətdə və yerlərdə olan problemləri ictimaiyyətə çatdırır. Bizə dair olan məlumatları də gecikmədən çatdırın ki, vaxtında həll edək. Biz xoşagəlməz hallarla bağlı bizə məlumat verənləri alqışlayırıq".
Geri qayıt