DataLife Engine > Siyasət > BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib

BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib


13-11-2019, 20:35. Yerləşdirdi: Gunay BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah əl-Matuq Azərbaycana səfərə gəlib.

"Xalqinfo" xəbər verir ki, o, Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edəcək.

Səfər çərçivəsində Abdullah əl-Matuqla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında görüş təşkil ediləcək.

Görüşdə qonağa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunacaq.

Xalqinfo.az
Geri qayıt