DataLife Engine > Siyasət > Azərbaycan Braziliya əlaqələri müzakirə olundu

Azərbaycan Braziliya əlaqələri müzakirə olundu


6-11-2019, 09:42. Yerləşdirdi: Gunay Azərbaycan Braziliya əlaqələri müzakirə olundu Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio-de-Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüşüb. Səfirlikdən "Xalqinfo"ya verilən məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formula 1 Azərbaycan Qran-Prisinin təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə olunub. Qeyd edək ki, Rio-de-Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan edilib. Bu şəhərdə 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərməkdədir.
Geri qayıt