DataLife Engine > Siyasət > Türkmənistanlı deputatlar Azərbaycana gəlir

Türkmənistanlı deputatlar Azərbaycana gəlir


2-11-2019, 12:16. Yerləşdirdi: Gunay Türkmənistanlı deputatlar Azərbaycana gəlir
Noyabrın əvvəlində Türkmənistan parlamenti nümayəndə heyətinin Bakıya işgüzar səfəri planlaşdırılır.

"Xalqinfo"nun məlumatına görə, səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovla görüş nəzərdə tutulub.

Nümayəndə heyəti həmçinin ASAN xidmətin fəaliyyəti ilə tanış olacaq.

Səfər çərçivəsində qanunvericilik sahəsində təcrübə mübadiləsinə, parlamentlərarası əməkdaşlığın inkişafına yönəlik tədbir və görüşlər keçiriləcək.

Xalqinfo.az
Geri qayıt