DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Prezident Rövşən Məmmədovu AzTV-yə sədr təyin etdi

Prezident Rövşən Məmmədovu AzTV-yə sədr təyin etdi


4-09-2019, 11:47. Yerləşdirdi: Tural Prezident Rövşən Məmmədovu AzTV-yə sədr təyin etdi





Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Xalqinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Rövşən Raqif oğlu Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin”.

Qeyd edək ki, AzTV-nin keçmiş sədri Arif Alışanov dövlət başçısının sərəncamı ilə hələ bu ilin yanvar ayında işdən azad edilmişdi. 9 aydır ki, onun səlahiyyətlərini 1979-cu il təvəllüdlü jurnalist-aparıcı, bu gün vəzifəsi rəsmi təsdiq olunan Rövşən Məmmədov icra edirdi.
Geri qayıt