DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib


10-07-2019, 12:41. Yerləşdirdi: Tural Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib




Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Azərbaycana işgüzar səfərə gəlib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Bakıda olduğu müddətdə NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə görüşəcək", - Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bununla yanaşı, V.Gerasimov Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə danışıqlar aparmağı planlaşdırır.

Xatırladaq ki, ötən ilin dekabr ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Bakıda görüşüb.
Geri qayıt