DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Prezident onu yenidən nazir müavini təyin etdi

Prezident onu yenidən nazir müavini təyin etdi


4-05-2019, 09:48. Yerləşdirdi: Tural Prezident onu yenidən nazir müavini təyin etdi




Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.
Geri qayıt