DataLife Engine > Siyasət, BLOK XƏBƏR > "Humanizm siyasətinin bariz nümunəsidir” -

"Humanizm siyasətinin bariz nümunəsidir” -


17-03-2019, 11:20. Yerləşdirdi: Tural "Humanizm siyasətinin bariz nümunəsidir” -





“Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra Azərbaycanda humanzim siyasəti daima ardıcıl olaraq həyata keçirilib. Hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. İndiyə qədər Azərbaycanda 70-dən çox əfv sərəncamı imzalanıb və 10-dan çox isə amnistiya aktı qəbul edilib”.

Xalqinfo.az xəbər verir ki, bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Yap rəsmisi xatırladıb ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda ölüm hökmünü ləğv edilib: “Bundan sonra isə ölkəmizdə əfv sərəncamlarının və amnistiya aktlarının qəbul olunmasına başlanılıb. Ölkə başçısının bu gün əfv sərəncamı imzalaması da növbəti humanist addımdır. Budəfəki əfvlə bağlı Prezident yanında Əfv Komissiyasına 1000-dən çox müraciət olunmuşdu. Həmin müraciətlər məhkumların həm ailə üzvləri, həm hüquq-müdafiə təşkilatları tərəfindən təqdim edilmişdi. Komissiyasının üzvləri tərəfindən də bütün müraciətlər araşdırıldı. Nəticə etibarilə də Azərbaycan xalqının milli bayramı – Novruz bayramı ərəfəsində 400-dən çox insan öz azadlığına, ailəsinə qovuşdu. Bu da dövlətin humanizm siyasətinin bariz nümunəsidir”.(ona.az)


Geri qayıt