DataLife Engine > Siyasət, MANŞET > İlham Əliyev Əfqanıstan prezidentini qəbul etdi

İlham Əliyev Əfqanıstan prezidentini qəbul etdi


14-03-2019, 12:41. Yerləşdirdi: Tural İlham Əliyev Əfqanıstan prezidentini qəbul etdi





Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.

Xalqinfo.AZ xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani arasında təkbətək görüş oldu.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirildi.

Görüşdə ikitərəfli əlaqələr, həmçinin iqtisadi sahədə münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan-Əfqanıstan sənədləri imzalandı.
Geri qayıt