DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Sabah Novruz Məmmədov ilk dəfə hesabat verəcək

Sabah Novruz Məmmədov ilk dəfə hesabat verəcək


14-03-2019, 11:44. Yerləşdirdi: Tural Sabah Novruz Məmmədov  ilk dəfə hesabat verəcək





Sabah – martın 15-də Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.

Xalqinfo.AZ xəbər verir ki, iclasın gündəliyinə 1 məsələ - Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabat daxildir.

Hesabatı Baş nazir Novruz Məmmədov təqdim edəcək. Bu, N.Məmmədovun parlamentə təqdim edəcəyi ilk hesabatdır.

Plenar iclasda hökumət üzvləri də iştirak edəcək.

Xatırladaq ki, Novruz Məmmədov ötən il aprelin 21-də Baş nazir vəzifəsinə təyin edilib.
Geri qayıt