DataLife Engine > Siyasət > Məmmədyarov Cenevrəyə getdi

Məmmədyarov Cenevrəyə getdi


26-02-2019, 13:53. Yerləşdirdi: Tural Məmmədyarov Cenevrəyə getdi




Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 40-cı sessiyasında iştirak etmək məqsədlə Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə xalqinfo.az -a XİN-dən məlumat verilib.

Səfər çərçivəsində Elmar Məmmmədyarovun BMT İHŞ-nin 40-cı sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, habelə bir-sıra ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.


Geri qayıt