DataLife Engine > Siyasət > İlham Əliyev banqladeşli həmkarına başsağlığı verdi

İlham Əliyev banqladeşli həmkarına başsağlığı verdi


23-02-2019, 18:37. Yerləşdirdi: Tural İlham Əliyev banqladeşli həmkarına başsağlığı verdi





Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmidə başsağlığı məktubu ünvanlayıb.

Xalqinfo.AZ -ın məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin paytaxtı Dəkkə şəhərində yaşayış binasında baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Banqladeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
Geri qayıt