DataLife Engine > Siyasət > Paşinyan danışıqlardan imtina edir? –

Paşinyan danışıqlardan imtina edir? –


1-02-2019, 00:23. Yerləşdirdi: Tural Paşinyan danışıqlardan imtina edir? –



Məlum olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında aparılan danışıqların təməlində məhz Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması durur.

Bu sözləri Axar.az-a Ermənistan baş naziri N.Paşinyanın “Qarabağ məsələsində sülh əvəzinə ərazilərin qaytarılması imkanlarını müzakirə etməyəcək” bəyanatına münasibət bildirən XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. O bildirib ki, Paşinyanın məntiqini anlamaq çətindir:

“Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çaxırılması tələbi BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnamələrində, eləcə də münaqişənin həlli ilə bağlı demək olar ki, bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə əks olunur. Belə olduğu təqdirdə sual meydana çıxır: cənab Paşinyanın bu mövqeyi onun danışıqlardan imtina etməsi deməkdirmi?”

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında rəsmi Bakı ilə tez-tez səslənən “sülh əvəzinə ərazilər” tezisinin müzakirə edilmədiyini və onun rəhbərlik etdiyi hökumətin Dağlıq Qarabağ siyasətini əvvəlki hakimiyyətlərin yürütdüyü siyasətlə müqayisə edənlərin yanıldığını bildirib.
Geri qayıt