DataLife Engine > Siyasət, BLOK XƏBƏR > “Dövlətimizin başçısına "Siz bunu necə edirsiniz?" sualını verirdilər” –

“Dövlətimizin başçısına "Siz bunu necə edirsiniz?" sualını verirdilər” –


1-02-2019, 00:10. Yerləşdirdi: Tural “Dövlətimizin başçısına "Siz bunu necə edirsiniz?" sualını verirdilər” –





“Davos Dünya İqtisadi Forumunda rəsmi tədbirlərdən əlavə, kuluarlarda böyük şirkət rəhbərlərinin, siyasətçilərin adi söhbətlərində bir narahatlıq ifadə olunurdu. Onlar bildirirdilər ki, dünya Dördüncü Sənaye İnqilabı ərəfəsindədir və bu sənaye inqilabı artıq qloballaşma formasında bütün dövlətləri, şirkətləri, cəmiyyətləri əhatə etməkdədir. Maraqlı haldır ki, onlar öz təhlillərində dünyada bu kimi konfliktlərdən uzaq olan çox az dövlət tapa bilirdilər. Bu dövlətlər içərisində Azərbaycan xüsusilə seçilirdi. Demək olar ki, elə bir görüş yox idi ki, orada dövlətimizin başçısına "Siz bunu necə edirsiniz?" sualını verməsinlər. Bu sualı istər siyasətçilər, istərsə də şirkət rəhbərləri verirdilər: Yəni, bu, necə mümkün olur ki, çalxalanan dünyada, xüsusilə Sizin yerləşdiyiniz coğrafiyada - çox böyük siyasi gərginliyin, müharibə və çəkişmələrin hökm sürdüyü regionda, hətta özünüzə qarşı davamlı təhdidlərin olduğu, torpağınızın 20 faizinin işğal edildiyi bir şəraitdə Siz Azərbaycanı bir təhlükəsizlik, sabitlik adasına çevirə bilmisiniz? Dünyada bu problemlərlə yaşayan nəhəng ölkələrlə və qonşularınızla mehriban, qarşılıqlı əməkdaşlıq mühitini necə formalaşdıra bilmisiniz? Ən önəmli daha bir faktı qeyd edirdilər ki, bütün bu münasibətlər çərçivəsində Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqları ən yüksək səviyyədə qorunur”.

Unikal.org xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov Davos forumunu Azərbaycan televiziyasının "Həftə" proqramına şərh edərkən deyib.
Prezidentin köməkçisi bildirib ki, ölkəmizin başçısının çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb: “Orada Prezident İlham Əliyev çox doğru olaraq vurğuladı və şirkət rəhbərləri tərəfindən də qeyd edildi ki, artıq insanları yeni peşələrə hazırlayan strategiyalar müəyyənləşdirilməlidir. Süni intellektin dominant rol oynayacağı dövrdə insanların peşəsini, ixtisasını necə dəyişəcəyi, öz əmək fəaliyyətini hansı şəraitdə davam etdirəcəyi istiqamətində indidən çalışmaq lazımdır”.

Geri qayıt