DataLife Engine > Siyasət, MANŞET > Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlandı

Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlandı


14-01-2019, 12:44. Yerləşdirdi: Tural Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yeri və tarixi açıqlandı




Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 16-da Fransa paytaxtı Parisdə keçiriləcək.

XİN-in Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Geri qayıt