DataLife Engine > Siyasət > İlham Əliyev üç ölkənin səfirlərinin etimadnamələrini qəbul etdi

İlham Əliyev üç ölkənin səfirlərinin etimadnamələrini qəbul etdi


5-12-2018, 11:37. Yerləşdirdi: Tural İlham Əliyev üç ölkənin səfirlərinin etimadnamələrini qəbul etdi





Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksandr Bayerlin etimadnaməsini qəbul edib.

Xalqinfo.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Opun etimadnaməsini qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də həmçinin Əfqanıstan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib.
Geri qayıt