DataLife Engine > Siyasət > YAP-ın 725 min üzvü var

YAP-ın 725 min üzvü var


21-11-2018, 16:13. Yerləşdirdi: Tural YAP-ın 725 min üzvü var






Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi ab-havasının indikatoru rolunda oynayır.

Xalqinfo.az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi, Baş nazirin müavini Əli Əhmədov partiyanın 26-cı ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biridir. Bu təşkilat özünün 26 illik fəaliyyətindən məmnundur: "Bu illər ərzində Azərbaycan regionda öz mövqeyini əhəmiyyətli dərəcədə artırıb. Bu gün Azərbaycan adı hörmətlə çəkilən ölkələrdəndir".

Ə.Əhmədov qeyd edib ki, YAP-da 725 min nəfər Azərbaycan vətəndaşı birləşib: "Yeni Azərbaycan Partiyasında Azərbaycanın yaşlı əhalisinin hər 10 nəfərindən biri təmsil olunur".

Baş nazirinin müavini hesab edir ki, bu qədər vətəndaşın YAP-da birləşməsi Heydər Əliyev ideyalarına olan inamla bağlıdır.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır.
Geri qayıt