DataLife Engine > Siyasət > Ədliyyə orqanları işçilərinə fəxri adlar verildi

Ədliyyə orqanları işçilərinə fəxri adlar verildi


20-11-2018, 18:17. Yerləşdirdi: Tural Ədliyyə orqanları işçilərinə fəxri adlar verildi





Prezident İlham Əliyev hakimlərə və ədliyyə orqanları işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının məhkəmə və ədliyyə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar hüquqşünas”

Cavadov Fuad Musa oğlu

Mirzəliyev Əsəd Abdulla oğlu

Nəsibov Hafiz Qənbər oğlu

Zahirov Vilayət Həsən oğlu

“Əməkdar mühəndis”

Məmmədov Çingiz Ələddin oğlu

“Əməkdar həkim”

Qurbanov İftixar İlham oğlu

“Əməkdar tibb işçisi”

Əsgərov Səttar Ələsgər oğlu.
Geri qayıt