DataLife Engine > Siyasət, BLOK XƏBƏR > "İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"-

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"-


18-11-2018, 08:37. Yerləşdirdi: Tural "İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"-






Milli Şura adlanan qurumun və AXCP-nin Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməyə cəhd etməkdə məqsədi təxribat törətmək və ara qarışdırmaqdır. Xalqinfo.az “Trend”ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.



S.Novruzov bildirib ki, Milli Dirçəliş Günü ilə Milli Şura arasında heç bir əlaqə yoxdur: "Onların belə aksiya keçirməyə haqları da çatmır, çünki onlar yalnız şəxsi məqsədlərini güdürlər. Görünür, xarici dairələrdən yeni tapşırıq alıblar. Aksiyanı da ona görə qeyri-qanuni keçirməyə cəhd ediblər ki, polis müdaxilə etsin və polis müdaxilə edən kimi də dərhal Avropaya müraciət etsinlər ki, guya Azərbaycanda insan hüquqları, sərbəst toplaşma azadlığı pozulur. Bunların əsl məqsədi budur".



Millət vəkili əlavə edib ki, radikal müxalifət həm də belə qanunsuz aksiya keçirməyə cəhd etməklə cəmiyyətə öz varlıqlarını, mövcud olduqlarını göstərməyə çalışır.
Geri qayıt