DataLife Engine > Siyasət > Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək

Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək


14-11-2018, 23:30. Yerləşdirdi: sefa Gürcüstanda prezident seçkilərinin ikinci turu bu tarixdə keçiriləcək
Gürcüstanın Mərkəzi Seçki Komissiyası ölkədə prezident seçkilərinin ikinci turunun keçiriləcəyi tarixi açıqlayıb.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, seçkilərin növbəti mərhələsi noyabrın 28-də olacaq.

Qeyd edək ki, birinci turda prezidentliyə 25 nəfər namizədlik irəli sürmüşdü. Salome Zurabişvili seçicilərin 38,64%, Qriqor Vaşadze isə 37,74% səs toplamışdı. Prezidentin seçilməsi üçün isə seçicilərin 50%-nin səsini toplamaq lazım idi.
Geri qayıt