DataLife Engine > Siyasət > “Özümüz danışıb, özümüz eşidirik?” -

“Özümüz danışıb, özümüz eşidirik?” -


14-11-2018, 17:58. Yerləşdirdi: sefa “Özümüz danışıb, özümüz eşidirik?” -
YAP-çı deputat Elman Məmmədov parlamentdə hökumət üzvlərini tənqid edib.

Xalqinfo.az xəbər verir ki, buna səbəb parlamentin iclas zalında hökumət üzvlərinin iştirak etməməsi olub:

“Hökumət üzvləri elə küllü-külfətli yığışıb gediblər. Cəmi iki nəfər hökumət üzvü iclasdadır. Biz kimə danışırıq?! Belə çıxır ki, özümüz danışıb, özümüz eşidirik? Bu, düzgün münasibət deyil”.

Spiker Oqtay Əsədov isə deputala razılaşmayıb: “Hökumət üzvləri iki gündür ki, burdaydılar. İndi onlara aid məsələ müzakirə olunmadığına görə, icazə verdim, getdilər. Aidiyyəti qurumlar isə burdadırlar”.
Geri qayıt