DataLife Engine > Siyasət > Bolton Rusiyaya gedir -

Bolton Rusiyaya gedir -


21-10-2018, 13:21. Yerləşdirdi: sefa Bolton Rusiyaya gedir -
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 22 oktyabrda görüşəcəklər.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

Onun sözlərinə görə, Bolton Rusiyaya səfər çərçivəsində prezident Vladimir Putin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşəcək.

Görüşdə ABŞ və keçmiş SSRİ arasında imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nın da müakirə ediləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın həmin sazişə riayət etmədiyini əsas gətirərək müqavilədən çıxacağını açıqlayıb.
Geri qayıt