DataLife Engine > Siyasət, MANŞET > Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı

Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı


18-10-2018, 15:47. Yerləşdirdi: sefa Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən azad edib.

Xalqinfo.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad olunub və onun dövlət qulluğuna xitam verilib.

Həmçinin Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilərək onun da dövlət qulluğu statusuna xitam verilib.


Geri qayıt