DataLife Engine > Siyasət > İlham Əliyev İspaniya kralını təbrik etdi

İlham Əliyev İspaniya kralını təbrik etdi


11-10-2018, 18:30. Yerləşdirdi: sefa İlham Əliyev İspaniya kralını təbrik etdiPrezident İlham Əliyev İspaniya kralı VI Felipeyə təbrik məktubu göndərib.

Xalqinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əlahəzrət, İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İspaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.
Geri qayıt