DataLife Engine > Siyasət > Elmar Məmmədyarov ABŞ-a getdi

Elmar Məmmədyarov ABŞ-a getdi


21-09-2018, 10:43. Yerləşdirdi: sefa Elmar Məmmədyarov ABŞ-a getdi
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xalqinfo.az-a XİN-in mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Geri qayıt