DataLife Engine > Siyasət > Rusiya Müdafiə Nazirliyi İsraili günahlandırmışdı -

Rusiya Müdafiə Nazirliyi İsraili günahlandırmışdı -


18-09-2018, 19:15. Yerləşdirdi: sefa Rusiya Müdafiə Nazirliyi İsraili günahlandırmışdı - Rusiya prezidenti Vladimir Putin Aralıq dənizində vurulan Rusiya ordusuna məxsus təyyarə ilə bağlı açıqlama verib.

Xalqinfo.az TRT-yə istinadən xəbər verir ki, Putin rus təyyarəsinin vurulmasını faciə adlandırıb:

“İnsanların belə bir şəraitdə ölümü hər zaman faciədir. Ölən əsgərlərin yaxınlarına başsağlığı verirəm. Burada yanlışlıqla baş verən tragedik hadisələr zənciri olduğu görünür. Təyyarəni İsrail vurmayıb. Hələ də nə olduğunu anlamağa çalışırıq. Görüləcək tədbirlər hamını maraqlandırır. Tədbirlər Suriyadakı hərbi personalın təhlükəsizliyi ilə bağlı olacaq”.

Digər tərəfdən İsrailin baş naziri Binyamin Netanyahunun məsələ ilə bağlı Putinlə telefon görüşü keçirəcəyi bildirilir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi hadisənin İsrailə görə baş verdiyini açıqlamışdı.


Geri qayıt