DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Nazir tapşırıq verdi - Düşmənlə döyüş xəritəsi hazırlanır

Nazir tapşırıq verdi - Düşmənlə döyüş xəritəsi hazırlanır


18-09-2018, 11:15. Yerləşdirdi: sefa Nazir tapşırıq verdi - Düşmənlə döyüş xəritəsi hazırlanır
Azərbaycan Ordusunun təlimləri növbəti mərhələsində qoşunların qarşılıqlı fəaliyyətlərinin təşkili məqsədilə əvvəlcədən qəbul edilmiş qərarlar maket və xəritə üzərində dəqiqləşdirilir.

Müdafiə Nazirliyindən Xalqinfo.az-a verilən məlumata görə, qoşunların idarə olunması və fəaliyyətlərin uzlaşdırılması məsələləri qərargahlarda ətraflı işlənilir.

Qeyd edək ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə sentyabrın 17-dən Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Sentyabrın 22-dək davam edəcək təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb edilib.


Nazir tapşırıq verdi - Düşmənlə döyüş xəritəsi hazırlanır
Geri qayıt