DataLife Engine > Siyasət > Ərdoğanın Azərbaycana səfəri başa çatdı

Ərdoğanın Azərbaycana səfəri başa çatdı


15-09-2018, 20:15. Yerləşdirdi: sefa Ərdoğanın Azərbaycana səfəri başa çatdıTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri sentyabrın 15-də başa çatıb.

Xalqinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə prezidentini hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

Ərdoğanın Azərbaycana səfəri başa çatdı
Geri qayıt