DataLife Engine > Siyasət > “Azərbayacanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir”

“Azərbayacanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir”


14-09-2018, 13:35. Yerləşdirdi: Tural “Azərbayacanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir”




Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilir. “Xalqinfo” xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

İclasda çıxış edən S. Seyidov bildirib ki, ölkəmizə qarşı hələ də ikili standartlar mövcuddur: “Biz parlament komitəsi olaraq dövlət başçısının bütün sahələrdə apardığı siyasətə dəstək veririk, vermişik və verəcəyik. Ölkə prezidenti İlham Əliyev tərəfindən çox uğurlu daxili və xarici siyasət kursu həyata keçirilir. Düzdür, ölkəmizə qarşı ikili standartlar da mövcuddur, bəzi dairələr tərəfindən müəyyən pozuculuq cəhdləri, ədalətsizliklər olur, amma bunların hamısının da qarşısı alınır. Bu cəhdlərə baxmayaraq, Azərbayacanın beynəlxalq aləmdə nüfuzu günü-gündən güclənir. Azərbaycanın apardığı işlər təqdir olunur, haqq səsimiz eşidilir”.

Daha sonra gündəlikdə duran Azərbaycan hökuməti, Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” memorandumun,“Azərbaycan ilə gürcüstan arasında sərhəd komissarlarının fəaliyyəti haqqında”Sazişin təsdiq edilməsi məsələsi müzakirə edilib. S. Seyidov qeyd edib ki, bu günlərdə Azərbaycan üçün tarixi bir hadisə qeyd olunacaq: “Sabah Bakının qurtuluşu ilə bağlı möhtəşəm hərbi parad keçiriləcək və biz də bunu izləyəcəyik. Bu ərəfədə belə bir memorandumun təsdiq edilməsi də tarixi hadisədir. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında sərhəd komissarı məsələsi də mühümdür. Mən bununla bağlı dünən Gürcüstanın ölkəmizdəki səfiri ilə də görüşüb müzakirələr aparmışam”.
Geri qayıt