DataLife Engine > Siyasət > “Bu təxribatın qarşısı dərhal alınmalıdır” -

“Bu təxribatın qarşısı dərhal alınmalıdır” -


13-09-2018, 16:48. Yerləşdirdi: sefa “Bu təxribatın qarşısı dərhal alınmalıdır” -
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yayılan fotolarda Avrasiya İttifaqının İqtisadi Komissiyasının son 3 il ərzində dərc etdiyi sənədlərdə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqları Ermənistan ərazisi kimi göstərilib.

Belə ki, "Avrasiya İqtisadi İttifaqına üzv ölkələr haqda ümumi informasiya” adlanan sənədin 2016, 2017 və 2018-ci illərdə çap edilmiş nüsxələrində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Nəsib Məhəməliyev Modern.az-a açıqlamasında bildirib ki, bu, növbəti dəfə erməni təxribatıdır.

"Azərbaycan dövlətinin Ermənistan istisna olmaqla, Avrasiya İttifaqına üzv olan ölkələrlə sıx ikitərəfli əlaqələri mövcuddur. Hesab edirəm ki, Xarici İşlər Nazirliyinin xətti ilə bu təxribatın qarşısı dərhal alınmalıdır. İndiki şəraitdə biz imkan verə bilmərik ki, Ermənistan müasir dünyada, beynəlxalq hüququn Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi bir şəraitdə belə bir təxribatlara yol versin . Mən bunu qəti şəkildə pisləyirəm”.

Geri qayıt