DataLife Engine > Siyasət, MANŞET > Generaldan xəyanət və rüşvətlə bağlı - Sərt xəbərdarlıq

Generaldan xəyanət və rüşvətlə bağlı - Sərt xəbərdarlıq


12-09-2018, 11:00. Yerləşdirdi: sefa Generaldan xəyanət və rüşvətlə bağlı - Sərt xəbərdarlıq"Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq. Bu barədə onlara keçirdiyimiz müşavirələrdə də mütəmadi olaraq xəbərdarlıq edirik"

Xalqinfo.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

Konfransda çıxış edən Komitənin daxili təhlükəsizlik idarəsinin rəisi Fuad Qasımov deyib ki, 4 fakt üzrə 5 əməkdaş barədə Baş Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılıb: "Komitənin daxili istintaq idarəsində 5 fakt üzrə 4 əməkdaş barəsində araşdırma aparılıb. 9 nəfər işdən xaric edilib. 4 nəfər tutduğu vəzifədən azad olunub. 6 nəfərin vəzifəsi aşağı salınıb. 47 nəfər son şiddətli töhmət verilib. 113 nəfərə töhmət verilib. 20 nəfərə irad bildirilib. 228 nəfər barəsində isə tənbeh tədbiri seçilib".
Geri qayıt