DataLife Engine > Siyasət, MANŞET > Prezident San-Marinonun rəhbərlərini təbrik etdi

Prezident San-Marinonun rəhbərlərini təbrik etdi


3-09-2018, 18:36. Yerləşdirdi: Tural Prezident San-Marinonun rəhbərlərini təbrik etdi




Prezident İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və Matteo Çiaççiyə təbrik məktubu göndərib.

“Xalqinfo”nun məlumatına görə, təbrik mətnində deyilir:

“Zati-aliləri, San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Geri qayıt