DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Putinlə Qarabağı müzakirə edəcəyik -

Putinlə Qarabağı müzakirə edəcəyik -


1-09-2018, 15:39. Yerləşdirdi: Tural Putinlə Qarabağı müzakirə edəcəyik -








İlk növbədə, bizi Rusiyaya səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür etmək istərdim. Bizim görüşlərimizə həmişə şadam. Sizin qeyd etdiyiniz kimi, biz müntəzəm surətdə görüşürük və bu görüşlər münasibətlərimizə dinamizm gətirir.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib.

“Bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən biz də məmnunuq. Münasibətlərimiz tam dəyərli, çox səmərəli şəkildə inkişaf edir, fəal siyasi dialoq xarakteri daşıyır. Siz əmtəə dövriyyəsinin artmasını qeyd etdiniz. Bu da ölkələrimizin iqtisadiyyatlarında müsbət meyillərə dəlalət edir. Bu, həm də onu göstərir ki, iqtisadi əməkdaşlığın böyük potensialı var. Əminəm ki, əmtəə dövriyyəsi qarşıdakı illərdə də artacaq. Biz enerji, nəqliyyat sahələrində əməkdaşlıq edirik.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri, regional problemləri də müzakirə edəcəyik. Bu gündəlik yetərincə genişdir. Əminəm ki, bizim bugünkü görüşümüz münasibətlərimizə əlavə impuls verəcək. Dəvətə görə bir daha təşəkkür edirəm”, – Prezident vurğulayıb.
Geri qayıt