DataLife Engine > Siyasət > Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi oldu

Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi oldu


10-08-2018, 09:19. Yerləşdirdi: Tural Emoməli Rəhmonun rəsmi qarşılanma mərasimi oldu





Azərbaycana rəsmi səfərə gələn Tacikistan prezidenti Emoməli Rəhmonun avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

"Xalqinfo" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Tacikistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşılayıb.

REKLAM

www.yapikredi.com.az
Daha ətraflı
Native Video by Adributor

Fəxri qarovul dəstəsinin rəisi Tacikistan Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Tacikistan və Azərbaycan dövlət himnləri səslənib.

Azərbaycan dövlət və hökumət nümayəndələri Prezident Emoməli Rəhmona, Tacikistan Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycan və Tacikistan prezidentləri rəsmi foto çəkdiriblər.
Geri qayıt