DataLife Engine > Siyasət > Qırğız Prezidenti İlham Əliyevi təbrik etdi

Qırğız Prezidenti İlham Əliyevi təbrik etdi


24-12-2017, 14:47. Yerləşdirdi: sefa Qırğız Prezidenti İlham Əliyevi təbrik etdiQırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Xalqinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin peşəkarlığınız və dövlətçilik fəaliyyəti sahəsində zəngin təcrübəniz qardaş Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
Geri qayıt