DataLife Engine > Siyasət > İlham Əliyevə təbriklər davam edir

İlham Əliyevə təbriklər davam edir


24-12-2017, 14:28. Yerləşdirdi: sefa İlham Əliyevə təbriklər davam edir
Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Xalqinfo.az bildirir ki, təbrikdə deyilir:

“Hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sürətlə dəyişən bugünkü dünyada Sizin rəhbərliyiniz ilə Azərbaycan sabitlik amili kimi özünü sübut edib. Ölkənizin beynəlxalq qurumlar çərçivəsində məsələləri dialoq vasitəsilə həll etməyə sadiqliyi digərləri üçün mükəmməl modeldir. Eyni zamanda, dövlətiniz xalqınız üçün uzunmüddətli rifahı təmin etməyə müvəffəq olub.

Bu fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasındakı mükəmməl və daha da möhkəmlənməkdə davam edən əlaqələri xüsusilə dəyərləndirdiyimi və iki ölkə arasında əməkdaşlığın genişlənməsi naminə verdiyiniz töhfələrə görə Monteneqroda hamımızın adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti vəzifənizin yerinə yetirilməsində uğurlar arzu edirəm.

Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Geri qayıt