DataLife Engine > Siyasət > Poroşenko İlham Əliyevi təbrik etdi

Poroşenko İlham Əliyevi təbrik etdi


24-12-2017, 12:43. Yerləşdirdi: sefa Poroşenko İlham Əliyevi təbrik etdi
Ukraynanın prezidenti Petro Poroşenko Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Xalqinfo.az xəbər verir ki, P. Poroşenko iki dövlət başçısı arasında qurulmuş etibarı və qarşılıqlı anlayışı yüksək qiymətləndirib.

Ukrayna prezidenti əmindir ki, fəal dövlətlərarası dialoq və birgə səylərimiz Ukraynanın və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasına yardım edəcək: "Qəti əminəm ki, dərin tarixi köklərə malik Azərbaycan-Ukrayna strateji tərəfdaşlıq əlaqələri gələcəkdə də həm ikitərəfli ölçüdə, həm də beynəlxalq strukturlar çərçivəsində fəal inkişaf edəcək. Sizə möhkəm cansağlığı, həyat enerjisi və dost Azərbaycan xalqının səadəti uğrunda dövlət başçısı vəzifəsində fəaliyyətinizdə yeni nailiyyətlər arzu edirəm".
Geri qayıt