DataLife Engine > Siyasət > Nazarbayev İlham Əliyevi təbrik etdi

Nazarbayev İlham Əliyevi təbrik etdi


24-12-2017, 12:25. Yerləşdirdi: sefa Nazarbayev İlham Əliyevi təbrik etdiQazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Xalqinfo.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin həyat təcrübəniz və peşəkarlığınız bundan sonra da Azərbaycanın sabit inkişafına və rifahına xidmət edəcək.

Ümidvaram ki, Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan ənənəvi dostluq münasibətləri strateji tərəfdaşlıq əsasında gələcəkdə də durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi diləyirəm".
Geri qayıt