DataLife Engine > Siyasət > Müxalifətin mitinqinə icazə verildi

Müxalifətin mitinqinə icazə verildi


6-11-2014, 20:48. Yerləşdirdi: Tural Müxalifətin mitinqinə icazə verildi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib.

virtualaz.org saytı xəbər verir ki, BŞİH müxalifətçi Milli Şuraya noyabrın 10-da mitinq keçirməyə icazə verib.

Milli Şura noyabrın 10-da saat 15:00-da “Məhsul” stadionunda mitinq keçirəcək. Mitinq "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçiriləcək.

Qeyd edək ki, Milli Şuranın sonuncu aksiyası da bir ay əvvəl həmin ərazidə olmuş və mitinqdə 1000-ə yaxın adam iştirak etmişdi.
Geri qayıt