DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR > “Qüds məsələsində Putinlə mövqelərimiz oxşardır”-

“Qüds məsələsində Putinlə mövqelərimiz oxşardır”-


11-12-2017, 23:30. Yerləşdirdi: sefa “Qüds məsələsində Putinlə mövqelərimiz oxşardır”- Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş yekunlaşıb.

Xalqinfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçıları görüşdən sonra mətbuata açıqlama ilə çıxış edib.

Bildirilib ki, Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın aktual məsələlərini, ilk növbədə enerji sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bundan başqa, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyət, Suriyada nizamlanma prosesi və Qüds problemi daxil olmaqla, beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Türkiyə prezidenti bildirib ki, Rusiya ilə Türkiyə arasında bu ilin 10 ayında ticarət dövriyyəsi 30 faiz artıb.

Ərdogan Qüds məsələsində də Putinlə oxşar mövqeyə malik olduqlarını qeyd edib.

Türkiyə prezidenti bildirib ki, əlaqədar şəxslər bu həftə görüşərək Rusiyadan alınacaq S-400 müdafiə sisteminin alınması məsələsini sona çatdıracaq.

Ərdoğan Suriya məsələsi ilə bağlı məsələni Rusiya prezidenti ilə ən qısa zamanda Soçidə keçirilən ikinci görüşdə də müzakirə edəcəklərini qeyd edib.
Geri qayıt