DataLife Engine > Siyasət > Minsk qrupu Məmmədyarov və Nalbandyanın görüşü ilə bağlı bəyanat yaydı

Minsk qrupu Məmmədyarov və Nalbandyanın görüşü ilə bağlı bəyanat yaydı


7-12-2017, 23:55. Yerləşdirdi: sefa Minsk qrupu Məmmədyarov və Nalbandyanın görüşü ilə bağlı bəyanat yaydı
Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında əsas məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərinə düşür.

Xalqinfo.az-ın məlumatına görə, bu ATƏT-in Minsk qrupu həmsədrlərinin Vyanada Nazirlər Şurasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Reks Tillerson və Fransanın ATƏT yanında daimi nümayəndəsi Veronika Roger Lacanın birgə bəyanatında deyilir.

«Həmsədr ölkələr Helsinki Yekun Aktı və orada göstərilən güc tətbiq etməmə, güc tətbiqi ilə təhdid etməmə, ərazi bütövlüyü, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyin etmə prinsiplərini əsas götürərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün vasitəçilik missiyasında birgə mövgedən çıxış etdiklərini bir daha təsdiq edirlər», - bəyanatda deyilir.

ATƏT-in Minsk qrupu danışıqların oktyabrın 16-da Vyanada bərpasını və xarici işlər nazirlərinin dünənki görüşünü alqışlayır.
Geri qayıt