DataLife Engine > Siyasət > Prezident Qırğızıstanın yeni liderini təbrik etdi

Prezident Qırğızıstanın yeni liderini təbrik etdi


16-10-2017, 23:48. Yerləşdirdi: Tural Prezident Qırğızıstanın yeni liderini təbrik etdi
Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.

“Xalqinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.
Geri qayıt