DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Prezident Xəzər İbrahimi geri çağırdı - Sərəncam

Prezident Xəzər İbrahimi geri çağırdı - Sərəncam


12-09-2017, 18:57. Yerləşdirdi: sefa Prezident Xəzər İbrahimi geri çağırdı - Sərəncam
Xəzər İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.

“Xalqinfo”nun məlumatına görə, bu barədə prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılsın”.
Geri qayıt