DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > İlham Əliyev Putin və Ruhani ilə Tehranda görüşəcək

İlham Əliyev Putin və Ruhani ilə Tehranda görüşəcək


10-09-2017, 20:20. Yerləşdirdi: sefa İlham Əliyev Putin və Ruhani ilə Tehranda görüşəcək
Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Tehranda keçiriləcək.

“Xalqinfo” xəbər verir ki, bu barədə Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani məlumat verib.

Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb:

“Bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətlidir”.

Ruhani daha sonra Əliyevi Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün keçiriləcəyi Tehrana dəvət edib.

İ.Əliyev dəvəti qəbul edərək, buna görə minnətdarlığını bildirib. Həmçinin, ölkələrimiz arasında dəmir yolu layihəsinin əhəmiyyətini qeyd edərək, dəmir yolunun inşası işlərinin yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.
Geri qayıt